e-SIM – fiziki SIM kartdan istifadə etmədən, Azercell tərəfindən təqdim edilən
telekommunikasiya xidmətlərindən istifadə etməyə imkan verən rəqəmsal SIM kartdır;
e-SIM kart dəyişikliyi hazırda ödənişsizdir.
eSIM daşıyıcısı – SIM karta aid texniki imkanları özündə əks edən QR abunəçiyə təqdim edildiyi
andan, 12 (on iki) ay ərzində 5 (beş) dəfə istifadə bilər. Göstərilən müddət ərzində istifadə
limiti
aşdıqda, yenidən SIM kartda ehtiyac yaranarsa, eyni şərtlər ilə eSIM Azercell Müştəri
Xidmətləri,
rəsmi satış nöqtələri və ya dilerlərdən əldə edilə bilinər.
eSIM kart alışı (dublikatı) zamanı abunəçiyə mobil telefon cihazının eSIM texnologiyasını
dəstəkləyib-dəstəkləməməsinin yoxlanılması üçün siyahı təqdim edilir. Müvafiq cihazın eSIM
texnologiyasını dəstəkləməsinin yoxlanılması abunəçinin məsuliyyətidir, abunəçi tərəfindən
eSIM texnologiyasını dəstəkləməyən cihaza eSIM əldə edilməsi ilə bağlı Azercell heç bir
cavabdehlik daşımır.
eSIM kart alışı müvafiq internet saytı vasitəsilə icra edilir və aşağıdakılardan ibarətdir:
Təklif edilən siyahıdan abunəçinin istifadə etdiyi telefonun modelinin eSIM-i
dəstəkləyib-
dəstəkləməməsinin yoxlanılması;
eSIM kart əldə ediləcək nömrənin abunəçiyə aid olub-olmamasını, abunəçinin
məlumatlarının doğruluğunun, abunəçinin adına nömrənin SIM kart dublikatının
aktivləşdirilməsinə hər hansı çətinlik, məhdudiyyət və qadağanın olub-olmamasının
yoxlanılması üçün abunəçiyə aid məlumatların daxil edilməsi (Şəxsiyyət vəsiqəsinin
seriya
və nömrəsi, FİN kod, eSIM kart əldə edilməsi nəzərdə tutulan mobil nömrə);
bu Şərtlər, SIM kart dəyişikliyi qaydası və xidmət təchizatçısı qismində Azercell
barəsində
məlumatlarla tanış və razı olduğunun müvafiq xanaya işarə qoymaqla təsdiq edilməsi;
“Təsdiqlə” xanası seçildikdən sonra eSIM kart əldə ediləcək nömrəyə SMS vasitəsilə
göndərilən birdəfəlik kodu (OTP) müvafiq xanaya qeyd etməklə təsdiqlənməsi;
OTP kodun təsdiqlənməsi müvəffəqiyyətlə başa çatdıqda, eSIM kartı əldə etməyə imkan
verən QR kodun cihaza yüklənilməsi və ya birbaşa həmin internet səhifəsindən mobil
telefon cihazı vasitəsilə oxudulması imkanları təqdim ediləcək.
QR vasitəsilə eSIM-i nömrədə aktivləşdirmək mümkündür.